Prezident İlham Əliyev “Standartlaşdırma haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. FED.az xəbər verir ki, dəyişikliyə görə, qanunun 6-cı maddəsinə aşağıdakı məzmunda cümlə əlavə edilib:
“Ərzaq məhsulları üçün dövlət standartları yalnız tövsiyə olunan tələbləri müəyyənləşdirir və həmin dövlət standartlarının tətbiqi könüllü xarakter daşıyır.”.
Başqa sözlə, ərzaq məhsullarının istehsalçıları üçün dövlət standartlarının tətbiqi tövsiyə xarakteri daşıyır və onların bu standartı tətbiq edib-etməməsi könüllü, yəni sahibkarlardan asılı olacaq.
Qanuna edilən dəyişiklik 2018-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Ərzaq istehsalçıları sürpriz – BU TƏLƏB KÖNÜLLÜ OLACAQ
18:58
30 Aprel 2018