Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu (ÜŞETİ) 2019-cu ildən başlayraq Almaniyanın Üzümçülük İnstitutu ilə birgə əməkdaşlıq nəticəsində Azərbaycanın yerli üzüm sortlarının genetik identifikasiyası istiqamətində tədqiqat işləri həyata keçirir. İnstitut tərəfindən 300-dən çox yerli üzüm sort, forma və nümunələri Almaniya Üzümçülük İnstitutuna göndərilərək genetik markerlərlə öyrənilib və genetik identifikasiya olunub.
Azərbaycanda üzüm tullantısından “üzüm yağı” - ƏLDƏ EDİLİB
FED.az xəbər verir ki, bunu Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmləri doktoru Vüqar Səlimov bildirib.
O deyib ki, əldə olunan nəticələr əsasında Azərbaycanın sort və formalarının genetik profilləri əsasında unikal profillər, sinonimlər, omonimlər müəyyən edilib və genetik oxşarlıqların araşdırılması nəticəsində “genetik qohumluqları” aşkarlanıb. Bu tədqiqatların ən vacib nəticəsi olaraq, bədnam qonşularımızın Beynəlxalq VİVC (Vitis International Variety Catalogue VIVC) bazasına öz sortları kimi təqdim etdiyi sortların ÜŞETİ və Almaniya Üzümçülük İnstitutu ilə birgə apardığı genetik tədqiqatlar nəticəsində Azərbaycan mənşəli olduğu sübut olunub.
“Bu il institut əməkdaşlarının elmi ekspedisiyaları və araşdırmaları nəticəsində 50-yə yaxın yeni sort-nümunə aşkar edilib toplanıb və genetik analizlər nəticəsində onlardan 35-nin yeni genetik təmiz profil olduğu müəyyən olunaraq, öz əzəli adları altında VİVC bazasına ilk dəfə olaraq daxil edilib,” – deyə V.Səlimov diqqətə çatdırıb. (Azərtac)