Azərbaycanda yetişdirilən Abşeron zəfəranı 12 ən bahalı vegetarian məhsul arasında ikinci yeri tutub.
FED.az-ın məlumatına görə, "Luxurylaunches" saytında bu haqda yazılan məqlədə qeyd olunur ki, bir kiloqram Abşeron zəfəranının qiyməti 11 min dollardır.
ELƏCƏ DƏ BAX: Nar və xurma əkənlər - PUL QAZANIRLAR
Məqalədə vurğulanır ki, Azərbaycan zəfəranın sənaye istehsalı sayəsində ildə 142,6 milyon dollar qazana bilər. 0,5 kiloqram quru zəfəranın alınması üçün 75 mindən çox çiçəkdən istifadə olunur:
"Abşeron zəfəranı təkcə ekzotik ədviyyat deyil, həm də müalicə xarakteri daşıyır".
Ən bahalı vegetarian məhsul isə Yaponiyada yetişdirilən "Kral Yubari" yemiş sortudur. Onun qiyməti 12 min dollara bərabərdir.
Ən bahalı ikinci vegetarian məhsul - 140 MİLYON DOLLAR QAZANMAQ OLAR
22:01
7 Fev 2019