Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. FED.az xəbər verir ki, məcəlləyə yeni 244-1-ci maddə əlavə edilib. Həmin maddəyə əsasən, Əkin yerinin yandırılmasına görə - fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Bu məsələyə nəzarət Əmlak Məsələləri Dövlət Komitəsi və ya Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb.
Əkin sahəsini yandıranlar cərimələnəcək – YENİ QAYDA
09:15
12 Yan 2018