Bu ilin may ayının 1-nə kimi Azərbaycanda 265,1 min hektar sahədə yazlıq bitkilər əkilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yazlıq bitkilərin əkini ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 min hektar (2%) daha az olub.
Məlumata görə, 45,4 min hektar ərazidə dənli və dənli paxlalı bitkilər (10% az), 79,9 min hektar ərazidə texniki bitkilər 0,8% az), 39,7 min hektar ərazidə kartof (2,1% az), 35,4 min hektar ərazidə tərəvəz (9,4% az), 10,9 min hektar ərazidə bostan bitkiləri (11,9% az), 49,6 min hektar ərazidə yemlik bitkilər (15,5% çox) və 288 hektar ərazidə digər yazlıq bitkiləri (12,8% çox) əkilib.
Ümumi əkin sahəsinin 17,1%-i dənli və dənli paxlalı bitkilərin, 30,1%-i texniki bitkilərin, 15%-i kartofun, 18,7%-i yemlik bitkilərin, 14,9%-i tərəvəzin, 4,1%-i bostan bitkilərinin, 0,1%-i digər yazlıq bitkilərin payına düşüb.













