Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatı ölkənin bütün ərazisində xaş-xaş becərilməsini qadağan edib.
Eləcə də bax: "Taliban" bütün ölkə ərazisində maaşları buğda ilə - ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, müvafiq fərman hərəkatın ali lideri Heybatullah Axundzadə tərəfindən verilib. Agentliyin məlumatına görə, bütün əfqanlar xaş-xaş becərilməsinə ciddi qadağa qoyulduğu barədə məlumatlandırılır. Ali liderin əmrini pozanlar şəriət qanunları ilə mühakimə olunacaq, aşkarlanan bütün məhsul dərhal məhv ediləcək.
Bundan başqa, Axundzadənin fərmanında narkotiklərin bütün növlərinin, habelə narkotik tərkibli həblərin və alkoqolun istifadəsi, daşınması, ticarəti, ixracı və idxalı qadağan olunur. Qadağa Əfqanıstan ərazisində narkotik vasitələr istehsalı ilə məşğul olan bütün müəssisələrə də aiddir. (Azərtac)