Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu ölkə üzrə taxılçılıq təsərrüfatlarından qəbul olunan taxıl məhsullarının Ağcabədi, Şəki, Tovuz, Qobustan və Xaçmaz rayonlarında fəaliyyət göstərən Toxum Emalı Zavodlarında emal olunmasını həyata keçirir.
FED.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, toxumçuluq fəaliyyəti ilə məşğul hüquqi və fiziki şəxslər Fondun aşağıdakı zavodlarına müraciət edə bilərlər.
- Ağcabədi (Hüsülü kəndi);
- Şəki (Şəki-Oğuz şosei 50a);
- Tovuz (Alakol kəndi);
- Xaçmaz (Qaraçayçək kəndi);
- Qobustan (Qobustan şəhəri).
Toxum emalı növbəlilik prinsipi ilə həyata keçirilir.