Dünya Bankı Azərbaycanda aqrar sektorun artım tempi üzrə üçillik proqnozunu açıqlayıb.
FED.az xəbər verir ki, "APA-Economics"in Dünya Bankının dərc etdiyi hesabatına istinadən verdiyi məlumata görə, bankın proqnozlarına əsasən, 2019-2021-ci illər ərzində kənd təsərrüfatı sektorunda məhsul istehsalı tədricən artacaq. Belə ki, 2019-cu ildə aqrar sektorda məhsul istehsalı 4,2% artacaq. 2020-ci ildə bu göstəricinin 4,4%, 2021-ci ildə isə 4,5% təşkil edəcəyi gözlənilir.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ildə Azərbaycanın aqrar sektoru 4,2%, 2018-ci ildə isə 4,6% artıb.