İyulun 19-da Daşkəsən rayonunda növbəti Aqrar Biznes Festivalı və “Kənd Təsərrüfatı Məhsulları” festivalı keçiriləcək.
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, festival Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində baş tutacaq.


 
            
 
                            
                            
                        


 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








