Tovuz rayonunun Alakol kəndində fermer Ədalət Əsgərova məxsus heyvandarlıq təsərrüfatına dəyən zərər Aqrar Sığorta Fondu qarşılanıb.
Eləcə də bax: Azərbaycanda inəkləri sığortalamaq neçəyədir? - SİYAHI, QİYMƏTLƏR
Qeyd edək ki, fermer bir neçə ay əvvəl təsərrüfatındakı südlük cins inəkləri aqrar sığrta vasitəsilə 3 il müddətinə sığortalayıb. Aqrar sığorta qaydalarına əsasən fermer hesablanmış sığrta haqqının yalnız 50%-ni ödəyib, qalan 50%-i fermerlərə dəstək olaraq dövlət ödəyib.
Aqrar Sığorta Fondundan FED.az-a verilən məlumata görə, bir neçə gün əvvəl baş verən hadisə nəticəsində təsərrüfatdakı sığortalanmış heyvanlardan birində xəstəlik aşkar edilib. Aqrar Sığorta Fonduna müraciətdən sonra müstəqil aqrar sığorta ekspertləri dərhal təsərrüfata gələrək heyvana baxış keçiriblər və onun məcburi kəsimə verilməsi qərara alınıb. Baxış zamanı inəyin ətinin istifadəyə tamamilə yararsız olduğu müəyyən edilib.
İnəyin qiyməti 5955 manat olduğundan 10% azadolma məbləği çıxılaraq 5 360 manat fermerin bank hesabına köçürülüb.
Tələf olan inəyə görə sığorta ödənişi alan təsərrüfatın sahibi Ədalət Əsgərov aqrar sığortadan mexanizminin işindən razılığını bildirib:
«İnəklərimizi bir neçə ay əvvəl sığorta etmişdik, həmin vaxt da bizə dövlətin dəstəyi edilmişdi, sığorta haqqının yarısını dövlət ödəmişdi. Hadisə baş verdikdə qaydalara uyğun olaraq Fonda xəbər verdik və araşdırmalardan sonra bizə ödəniş edildi. Tələf olan heyvanın dəyərinin 90%-i ödənildi. Aqrar sığortanın fəaliyyətindən çox razıyam və iş adamlarına, təsərrüft sahiblərinə də bundan faydalanmağı tövsiyə edirəm».
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəkli aqrar sığorta bir il əvvəl, 2020-ci ilin noyabrından fəaliyyətə başlayıb. İndiyədək bütün ölkə ərazisində minlərlə kənd təsərrüfatı heyvanı sığorta edilib. Baş verən sığota hadisələrinə görə isə 105 min manatdan artıq ödəniş olunub.
Hazırda aqrar sığorta vasitəsilə südlük inək və camışlar sığotalanır. Yaxın vaxtlardan etibarən isə sığortaya alınan heyvanların siyahısı genişlənəcək, buraya ətlik mal-qara, eləcə də xırda buynuzlu heyvanlar – keçi və qoyun təsərrüfatları da əlavə olunacaq.
Dövlət dəstəkli olduğuna görə, sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.