Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsi Azərbaycandan 18 ton pomidorun idxalını qadağan edib.
Eləcə də bax: Pomidor güvəsi və onunla mübarizə üsulları
FED.az xəbər verir ki, “2021-ci il aprelin əvvəlindən “Rosselxoznadzor”un Dağıstan Respublikası üzrəİdarəsitərəfindən 7983,3 ton təzə meyvə və tərəvəzin nəzarəti həyata keçirilib. Nəzarət zamanı Azərbaycandan 18 ton təzə pomidorun idxalına icazə verilməyib”, - İdarənin məlumatında deyilir.
Laboratoriyada təqdim olunan məhsullarda karantin obyekti olan pomidor güvəsi (Tuta absoluta Povolny) aşkar edilib.
Karantin qanunvericiliyinin tələblərinə uyğun olaraq bu məhsulun RF ərazisinə idxalı qadağan edilib. Yük ixracatçı ölkəyə geri qaytarılıb, məsul şəxslər inzibati məsuliyyətə cəlb olunublar. (İnterfaks)