Azərbaycanda dabaq xəstəliyi əleyhinə pulsuz peyvəndləmə başlayıb.
Agentlik dabaq xəstəliyinə qarşı 10 milyon manata yaxın peyvənd aldı - QALİBLƏR
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) iri və xırdabuynuzlu heyvanlarda dabaq və qarayara xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirlərinə başlayb.
FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, peyvəndləmədən sonra ərazilər məcburi dezinfeksiya olunmalıdır: "Aqrar Xidmətlər Agentliyi dabaq və qarayara xəstəliklərinə qarşı aparılan profilaktiki tədbirlərin səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə vaxtında müraciət etməsini tövsiyə edir. Həmçinin xatırladır ki, heyvanların peyvənddən yayındırılması onların xüsusi təhlükəli xəstəliklərə yoluxmasına risklər yarada bilər».
Qeyd edək ki, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı peyvəndləmə ödənişsiz həyata keçirilir.










