Azərbaycanın mineral və gübrəsiz əkin-becərmə texnologiyasının bir sıra ölkələrə ixracına başlanılıb.
“Ərəb ölkələrinin Azərbaycan çiyələyinə marağı artıb”
FED.az xəbər verir ki, bu barədə “AqriBioEkoTex” şirkətinin prezidenti Əli Əlizadə deyib.
Onun sözlərinə görə, yerli mütəxəssislər texnologiyanı Azərbaycanda tətbiq etməklə yanaşı, bir sıra ölkələrdə də (Çin, Efiopiya, Səudiyyə Ərəbistanı və Macarıstan) layihələr icra ediblər.
“Hazırda bu texnologiyanın İtaliyaya ixracına dair danışıqlar aparılır. Əlavə olaraq Çin tərəfi onu 50 min hektar ərazidə salınacaq şaftalı bağlarının əkinində istifadə etmək niyyətindədir. Texnologiyanın tətbiqi müsbət nəticələr verib. Belə ki, fermerlər gübrə alışına sərf edilən vəsaitə qənaət etməklə yanaşı, məhsuldarlığı 30 faizədək artırmağa nail olublar. Ən unikal məqam isə ondan ibarətdir ki, bütün istehsal olunan məhsullar – buğda, arpa, qarğıdalı, pambıq və s. ekoloji təmizdir”, - deyə Ə.Əlizadə qeyd edib. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)