Aqrar Subsidiya Şurası 2024-cü il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Aqrar Subsidiya Şurası gələn il üçün subsidiya əmsallarını - AÇIQLAYIB - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltiyin əsas əkinlərinə görə əkin subsidiyası 360 manatdan 380 manata, yoncaya görə 50 manatdan 70 manata, giləmeyvələrə (2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş kivi və moruq bağları, habelə 2022-ci ildən salınmış və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları istisna olmaqla) görə isə 230 manatdan 240 manata qədər artırılmışdır.