Bu il Cəlilabad rayonunda 62,6 min hektar taxıl, 1624 hektar paxlalı bitkilər, 1500 hektar üzüm, 4800 hektar kartof, 420 hektar çiyələk əkilib.
FED.az xəbər verir ki, bu barədə Cəlilabadda bu ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Eləcə də bax: Çiyələk yığımı 10-15 gün gecikib
Yığıncaqda qeyd olunub ki, bu il rayonda əkilmiş 4800 hektar kartof sahəsindən 110 min tondan artıq məhsul gözlənilir.
İstixana şəraitində 1500 hektar sahədə 35 min ton faraş kartof məhsulu istehsal edilib və Rusiya Federasiyasına 25 min ton kartof ixrac edilib.
Bu il kartof satışından fermerlərin büdcəsinə 9,1 milyon ABŞ dolları məbləğində vəsaitin daxil olacağı proqnozlaşdırılır.