Cəlilabad rayonunda faraş tərəvəz və çiyələk yığımına start verilib.
Eləcə də bax: Meyvə-tərəvəzlə bağlı - QITLIQ OLA BİLƏRMİ?
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov Cəlilabad rayonunda faraş kartof və çiyələk sahələrinə baş çəkib, məhsul yığımı prosesini izləyib.
Bildirilib ki, hazırda bölgələrdə faraş tərəvəz və çiyələk yığımına start verilib. Aparılan müşahidələr göstərir ki, məhsul ötən ilə nisbətən boldur.
Qeyd edək ki, hazırda cəlilabadlı fermerlər kartofu daxili bazarlara göndrməklə yanaşı, MDB ölkələrinə də ixrac edirlər. Fermerlər məhsulların daşınması və ixracı ilə bağlı çətinliklərin olmadığını, bu il kartof ixracından daha çox gəlir əldə edəcəklərini bildirirlər.