Cəlilabad rayonunda çiyələyin qiyməti 4 dəfəyə yaxın aşağı düşüb.
“Ərəb ölkələrinin Azərbaycan çiyələyinə marağı artıb”
FED.az xəbər verir ki, yerli fermerlərin Muğan bürosuna verdiyi məlumata görə, məhsulun ilkin yetişmə dövründə kiloqramı 5-7 manat arası olan çiyələk hazırda 1 manat 50 qəpiyə satılır.
Bunun səbəbi məhsulun bol olması və əkin sahələrinin genişlənməsi ilə əlaqələndirilir.
Qeyd edək ki, bu il Cəlilabad rayonunda 560 hektar sahədə çiyələk əkini aparılıb. Bu rəqəm də ötənilki göstəricidən 55 hektar çoxdur. (Report)