Cəlilabad şəhəri ilə Qarazəncir yaşayış məntəqəsi arasında “Rizvan” şirkətinin üzüm bağları yerləşir. Şirkətin aparıcı mütəxəssis Əhmədağa Məmmədovl bildirib ki, "işlərimiz pis getmir, məhsulumuz boldur".
Eləcə də bax: "Hər hektardan 7 tona kimi məhsul əldə edirik"
FED.az xəbər verir ki, "Artıq bir aydan çoxdur yığıma başlamışıq. Hər gün 6-8 ton arasında üzüm yığırıq. Məhsulumuzu daxili bazarla yanaşı, Rusiya və Ukraynaya göndəririk. Qiyməti də hazırda 40-50 qəpik arasındadır. Şükür, bizi qane edir.
Öyrəndik ki, burada hər gün 30-35 nəfər çalışır. Onlar hər gün işin sonunda çəkdikləri zəhmətin haqqını alırlar. Şirkətin yetişdirdiyi üzümün keyfiyyətinə isə söz ola bilməz. “Şərqi kişmişi”, “Kordinal”, “Prima”, “Altun röyal”, “Atika” üzüm sortları süfrələrin bəzəyi, ağızların ləzzətidir. Buradakı 72 hektar üzüm bağının 37 hektarı süfrə, qalanı isə texniki “Rekastel” sortudur. Bir neçə gündən sonra texniki sortun da yığımına başlanılacaq. (Azərtac)