Qoyunçuluqla məşğul olan fermerlər deyir ki, əvvəllər 1 baş heyvanın bəslənməsi üçün ildə 15-20 manat xərc çəkilirdisə indi bu göstərici 200 manata qədər yüksəlib. Bu da onların ürəyincə deyil.
Təsərrüfatçılar bildirir ki, yem bazası yaxşı olarsa qoyunlardan daha çox süd əldə etmək mümkündür. Nəticədə isə daha çox ağartı məhsulu hazırlanar ki, bununla çəkilən xərci nisbətən ödəmək olar.
Fermerlər yunun satış qiymətindən də narazıdır. İndiki halda qoyunçuluq yalnız ətlik istiqaməti üçün sərfəli hesab olunur. Təsərrüfatçılar çəkilən xərcləri də elə bununla ödədiklərini deyir.
Təsərrüfatçıların sözlərinə görə, yem ucuzlaşarsa nəticədə bu heyvanların baş sayının artmasına təsir göstərərsə, ətin qiyməti də aşağı düşər.