Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

Aqrar

  1. Ana səhifə
  2. Aqrar
  1. Aqrar

Buğda ucuzlaşır, çörəyin qiymətinə - NECƏ TƏSİR EDƏCƏK?

Buğda ucuzlaşır, çörəyin qiymətinə - NECƏ TƏSİR EDƏCƏK? | FED.az
09:55 31 Okt 2022

Azərbaycana idxal edilən buğdanın qiyməti son bir neçə ayda enməkdədir. Ötən ildən başlayaraq ölkəyə gətirilmiş buğdanın bahalaşması fonunda unun və çörəyin qiymətinin artdığını nəzərə alanda ucuzlaşma da əks proses haqda fikir yürütməyi zəruri edir. 

Eləcə də bax: Eldar Əzizov: "Almaniyada çörəyin 1 kq-nın qiyməti 6-7 AZN-dir"

Eləcə də bax: Vahid Əhmədov: “Gübrəyə görə bölgələrdə taxıl əkinində problem var”

Bəs real vəziyyət necədir, bu səbəb unun və çörəyin ucuzlaşmasına gətirib çıxara bilərmi? 

FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı aylıq statistik göstəricilər əsasında aparılan hesablamalara əsasən, iyul ayından başlayaraq ölkəyə idxal olunan buğdanın qiyməti enməkdədir. Belə ki, ötən ildən başlayaraq artan qiymət bu ilin iyun ayında ən yüksək həddə - bir tonu orta hesabla 419,24 ABŞ dollarına yüksəlsə də, sonrakı aylarda enməyə başlayıb. Sentyabr ayında ölkəyə idxal edilmiş bir ton buğdanın orta qiyməti iyun ayı ilə müqayisədə 20,1 faiz azalaraq 334,79 ABŞ dolları olub. Sentyabr ayındakı orta qiymət mart ayından sonra ən aşağı göstəricidir.  

“Taxıl dəhlizi” sazişinin qiymətə təsiri nəticəsində buğdanın ucuzlaşmaqda davam edəcəyi gözlənilə bilər, amma... Söhbət ondan gedir ki, Rusiyanın Ukraynaya raket zərbələrinin “Taxıl dəhlizi” sazişini təhdid etməsi fonunda Çikaqo əmtəə birjasında buğdanın son üç ayın ən yüksək həddinə yüksəlməsi ucuzlaşmanın davam edəcəyi gözləntisini risk altına alır.

Ancaq burada başqa nüanslar da var. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı onu müşayiət edən türkiyəli jurnalistlərə müsahibəsində deyib ki, “Taxıl dəhlizi”nin uzadılması üçün heç bir maneə yoxdur. O, belə qənaətə Ukrayna və Rusiya Prezidentləri ilə danışıqlardan sonra gəldiyini bəyan edib. Türkiyə Prezidenti hesab edir ki, bu istiqamətdə yarana biləcək hər hansı bir maneə aradan qaldırıla bilər. 

Hərçənd ki, Ukrayna Rusiyanı razılaşmanın tam icrasına qəsdən mane olmaqda ittiham edib. “Reuters” agentliyinin məlumatına görə, Ukraynanın İnfrastruktur Nazirliyinin “Telegram” kanalında yaydığı bəyanatda deyilib ki, ölkənin limanlarının potensialının yalnız 25-30 faizindən istifadə etmək olur.  Agentlik, həmçinin “Agrotrade” taxıl ticarət firmasının rəhbərinin fikirlərindən sitat gətirərək “Taxıl dəhlizi”nin az da olsa işləsə də “qeyri-sabit” olduğunu yazıb. Yazıda qeyd edilib ki, Rusiyanın “taxıl dəhlizi” ilə bağlı sazişin müddətinin noyabr ayının 19-dan sonra uzadılmasına razı olub-olmayacağı ilə bağlı narahatlıqlar artmaqdadır. 

Lakin buğdanın ucuzlaşmasının qarşısını alacaq tək səbəb “taxıl dəhlizi” sazişini Rusiya-Ukrayna müharibəsinin təhdid etməsi deyil. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, sentyabr ayında dünya bazarlarında buğdanın qiyməti 2,2 faiz artıb. Ümumilikdə isə qlobal ərzaq qiymətləri 6 aydır ki, enməkdə davam edir. FAO-nun sentyabr ayı üzrə açıqladığı məlumata görə, taxıl istisna olmaqla digər ərzaq məhsulları qrupları üzrə (ət, bitki yağı, süd və şəkər) qiymət indeksləri azalıb. FAO-nun Taxıl qiymətləri indeksi sentyabr ayında orta hesabla 147,8 bənd təşkil edib ki, bu da avqust ayına nisbətən 2,2 bənd (1,5 faiz) və 2021-ci ilin sentyabr ayı ilə müqayisədə isə 14,9 bənd (11,2 faiz) çoxdur. Qurum sentyabr ayında buğdanın bahalaşmasını “Taxıl dəhlizi” sazişinin noyabr ayından sonra davam etdirilməsi ilə bağlı artan qeyri-müəyyənliklə bərabər, Argentina və ABŞ-da hava şəraitinin yaratdığı narahatlıqlar, eləcə də Avropa İttifaqında tələbatın artması ilə izah edib. Hərçənd ki, “Taxıl dəhlizi” razılaşmasının noyabrdan sonrakı “taleyi” ilə şübhələrin kökündə Ukraynadan çıxan taxıl məhsullarının əsasən Avropa ölkələrinə göndərilməsi dayanır.

İstənilən halda Azərbaycanın buğda idxalının son üç aylıq, o cümlədən sentyabr ayının göstəriciləri onu deməyə əsas verir ki, sözügedən hadisələr yerli təchizata əngəl törətməyib. 9 ayda idxalın  az qala yarısı - 47,5 faizi son üç ayın payına düşüb. Təkcə sentyabr ayında buğda idxalının həcmi ümumi idxalın 27,5 faizini təşkil edib. Başqa sözlə, mövsümdən əlavə, qiymətin əlverişli olması idxalın əsas hissəsinin bu müddətdə reallaşmasına imkan verib. Bu baxımdan buğda idxalında sonrakı dövrdə baş verəcəkləri təxmin etmək üçün Azərbaycanın əsas tədarükçüsü olan Rusiyaya fokuslanmaq daha məqsədəuyğundur. 

Əvvəlcə ondan başlayaq ki, Rusiyanın buğda ixracında çətinliklər yaranıb. Nəticədə cari ilin iyul-avqust aylarında buğda satışı əvvəlki ilin eyni dövrünə nisbətən 22 faiz azalıb. Rusiya mediasının məlumatına görə, təkcə dünyanın 35-dən çox ölkəsinə məhsul satan Rusiyanın “Rusagro Group” şirkətinin buğda satışı bu ilin üçüncü rübündə 56 faiz azalıb. “Bloomberg” agentliyi vurğulayır ki, qida məhsulları sanksiyalara məruz qalmasa da, bəzi banklar və gəmiçilik şirkətlərinin Rusiya ilə iş görməkdən yayınırlar. 

Ancaq ixraca çətinlik yaradan təkcə banklar və gəmiçilik şirkətləri deyil. TASS-ın kənd təsərrüfatı bazarlarının öyrənilməsi üzrə ixtisaslaşan “Sovecon” şirkətinə istinadən yaydığı məlumata görə, səbəb cənub bölgəsi üzrə ixrac rüsumlarının artması və rublun möhkəmlənməsi, digər regionlarda isə tələbin nisbətən aşağı olması fonunda təklifin yüksək olmasıdır.   

2022-ci il Rusiyada rekord miqdarda taxıl məhsulu gözlənilir. Bu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, taxıl yığımının 150 milyon tona çatacağı gözlənilir ki, bunun da təxminən 100 milyon tonu buğdadır. Buğda ilə bağlı proqnoz reallaşarsa, bu, son 5 ildə ən yüksək göstərici olacaq. Ötən il 76,1 milyon ton buğda yığılmışdı. Nəticədə şimal qonşumuz hazırda gələn il üçün buğda ixracı kvotasını artırmağı nəzərdən keçirir.  

Ekspertlər bu amilləri nəzərə alaraq Rusiya buğdasının qiymətinin enəcəyini proqnozlaşdırılır. Vurğulanır ki, tərkibində 12,5 faiz zülal olan buğdanın ixrac qiyməti orta hesabla bir tonu FOB şərti ilə 328 dollardan 322,5 dollara düşüb.  

Yaxın müddətdə Rusiyanın Azərbaycanın buğda idxalındakı mövqeyində ciddi dəyişikliyin olmayacağını nəzərə alanda, qiymətlə bağlı sonrakı gedişatı müəyyən etmək çox da çətin deyil. Digər tərəfdən birjalarda buğdanın qiyməti arta biləcəyi qədər yüksəlib və hazırda azalma istiqamətində dəyişməkdədir. İstehsalın artması və qlobal iqtisadi artımla bağlı narahatlıqlar digər ərzaq məhsulları kimi buğdadan da yan keçmir. “Taxıl dəhlizi” sazişinin müddəti uzadılarsa, bu prosesin daha da sürətlənəcəyi istisna deyil.    

Bütün bunlara baxmayaraq, son üç ayda buğdanın idxal qiymətinin azalması özünü ölkədə unun topdansatış qiymətində əhəmiyyətli dərəcədə göstərməyib. Belə ki, avqust ayında iri un və çörək istehsalçılarının birgə məlumatında 50 kiloqramlıq bir kisə unun Bakı şəhərində ən yüksək topdansatış qiymət həddinin 40,70 manat müəyyənləşdirildiyi qeyd edilmişdi. Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin açıqladığı son məlumata görə, 50 kiloqramlıq bir kisə unun Bakı şəhərində qiyməti 40 manatdır. Beləliklə, ölkəyə idxal olunan buğdanın orta qiyməti iyunda qeydə alınmış ən yüksəklə müqayisədə sentyabrda 20,1 faiz azalsa da, 50 kiloqramlıq bir kisə unun qiyməti 1,7 faiz enib. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, çörək və çörək məmulatlarının qiyməti sentyabr ayında əvvəlki ayla müqayisədə 4,8 faiz artıb. Bu dövrdə pərakəndə satılan ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşanların sırasında un ilk yerdədir.

Banner
Banner
  • Buğda
  • ucuzlaşmaq
  • çörək
  • qiymət
  • Dövlət Gömrük Komitəsi
Paylaş

Digər xəbərlər

Azərbaycanda pambıq üzrə məhsuldarlıq göstəricisi - 2,42 SENTNER ARTIB
Aqrar 31 Yan 2023
Azərbaycanda pambıq üzrə məhsuldarlıq göstəricisi - 2,42 SENTNER ARTIB
Fevral-mart aylarında taxılçılıqda hansı işlər görülməlidir? - FERMERLƏRƏ TÖVSİYƏ
Aqrar 30 Yan 2023
Fevral-mart aylarında taxılçılıqda hansı işlər görülməlidir? - FERMERLƏRƏ TÖVSİYƏ
Bu bağı salanlara dövlət 5 min manat, əlavə hər il  - 730 MANAT SUBSİDİYA VERİR
Aqrar 30 Yan 2023
Bu bağı salanlara dövlət 5 min manat, əlavə hər il  - 730 MANAT SUBSİDİYA VERİR
Azərbaycanda arılar - KÜTLƏVİ QIRILA BİLƏR
Aqrar 30 Yan 2023
Azərbaycanda arılar - KÜTLƏVİ QIRILA BİLƏR
Əllidən çox yerli və xarici şirkət Ağdaşda bir araya gəldi - FOTOLAR
Aqrar 27 Yan 2023
Əllidən çox yerli və xarici şirkət Ağdaşda bir araya gəldi - FOTOLAR
Kənd Təsərrüfatı Nazirliyi - MİLLƏT VƏKİLİNƏ CAVAB VERDİ
Aqrar 26 Yan 2023
Kənd Təsərrüfatı Nazirliyi - MİLLƏT VƏKİLİNƏ CAVAB VERDİ
Nazirlik qiymət artımına - MÜNASİBƏT BİLDİRİB
Aqrar 26 Yan 2023
Nazirlik qiymət artımına - MÜNASİBƏT BİLDİRİB
Deputat: "Kənd təsərrüfatı yarmarkalarında kəndlidən söhbət gedə bilməz"
Aqrar 26 Yan 2023
Deputat: "Kənd təsərrüfatı yarmarkalarında kəndlidən söhbət gedə bilməz"
Azərbaycanda soğan ixracına müvəqqəti qadağa qoyulması təklif edilir
Aqrar 25 Yan 2023
Azərbaycanda soğan ixracına müvəqqəti qadağa qoyulması təklif edilir
Bakıda FAO-nun Türkiyə və Azərbaycan Nümayəndəliklərinin birgə - Regional Seminarı Keçirilib
Aqrar 24 Yan 2023
Bakıda FAO-nun Türkiyə və Azərbaycan Nümayəndəliklərinin birgə - Regional Seminarı Keçirilib
Bu işə hobbi kimi başlasa da, indi satışından yaxşı qazanc əldə edir - FOTOLAR
Aqrar 24 Yan 2023
Bu işə hobbi kimi başlasa da, indi satışından yaxşı qazanc əldə edir - FOTOLAR
Əvvəl hobbi kimi baxırdı, sonradan təsərrüfat yaradıb - BİZNES QURDU
Aqrar 23 Yan 2023
Əvvəl hobbi kimi baxırdı, sonradan təsərrüfat yaradıb - BİZNES QURDU
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Bu texniki səhvin «Bolmart»a aidiyyəti yoxdur – İSTEHSALÇI ŞİRKƏTDƏN AÇIQLAMA - FOTO
    19:02 31 Yan 2023
  • Rabitəbankda - 3 YENİ TƏYİNAT OLUB!
    18:44 31 Yan 2023
  • Şirkət kommersiya sirrini - NECƏ QORUMALIDIR?
    18:37 31 Yan 2023
  • 48 işə baxılıb, 6,5 milyon manata yaxın sanksiya tətbiq edilib - ANTİİNHİSAR VƏ HAQSIZ RƏQABƏT
    18:31 31 Yan 2023
  • Azərbaycan Dəmir Yolları: "Gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb"
    18:22 31 Yan 2023
  • Dəyəri 15 min manatdan artıq olan zinət əşyalarının alqı-satqısı - NAĞDSIZ OLACAQ
    18:15 31 Yan 2023
  • Elektron satınalmaların ümumi satınalmalarda payı məbləğ üzrə - 18,8% TƏŞKİL EDİB
    18:10 31 Yan 2023
  • Azərbaycanda yeni cərimələr müəyyənləşdi - 1000-1500 Manatdan 40-50 Min manatadək - SİYAHI - MƏBLƏĞLƏR
    18:05 31 Yan 2023
  • “Mətanət-A” Şirkəti məhkəməyə verildi
    18:04 31 Yan 2023
  • PASHA Holding-in yeni açılan hotelinə rəhbər - TƏYİN EDİLİB
    18:00 31 Yan 2023
  • Azərbaycanda hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı - YARADILACAQ
    17:55 31 Yan 2023
  • Məbləği 15 min manatdan artıq olan evlər - NAĞDSIZ ALINACAQ
    17:48 31 Yan 2023
  • Naxçıvanın prokuroru vəzifəsindən azad edildi - SƏRƏNCAM
    17:39 31 Yan 2023
  • Dövlət İmtahan Mərkəzi - TENDER ELAN ETDİ
    17:35 31 Yan 2023
  • Milli valyutanın transsərhəd daşınmasının dayandırılmasına dair - QAYDALAR HAZIRLANACAQ
    17:35 31 Yan 2023
  • Terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib - MƏBLƏĞLƏR
    17:29 31 Yan 2023
  • Dövlət qurumu kompüterlər, noutbuklar və digər qurğular alır – TENDER ELANI
    17:26 31 Yan 2023
  • DOST Agentliyi bina icarəyə götürür – TENDER ELANI
    17:20 31 Yan 2023
  • Prezidentdən terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun tətbiqi barədə - FƏRMAN
    17:18 31 Yan 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:15 31 Yan 2023
  • Azərbaycanda ilk dəfə sualtı - Kabellərin İstehsalı Başlayıb
    17:07 31 Yan 2023
  • Dövlət qurumu anbar icarəsi üçün fiziki şəxsə 417 min manat ödəyəcək
    16:59 31 Yan 2023
  • Mərkəzi Bank “Nağd pul ofisi”nin iş günlərinin sayını - ARTIRIB
    16:57 31 Yan 2023
  • Dövlət qurumu anbar icarəsi üçün fiziki şəxsə 22,3 min manat ödəyəcək
    16:52 31 Yan 2023
  • AMB bankların dollara tələbinin azalmasının səbəbini - AÇIQLAYIB
    16:51 31 Yan 2023
  • Kredit təşkilatlarına yerləşdirilmiş əmanət və depozitlərin - 48%-İ XARİCİ VALYUTADADIR
    16:46 31 Yan 2023
  • Bakı-Sumqayıt avtobus marşrutlarında bir gediş üzrə qiymət 60 qəpik təsdiq edilib - CƏDVƏL
    16:41 31 Yan 2023
  • "AVT Logistics" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    16:39 31 Yan 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 4 NƏFƏR VƏFAT ETDİ
    16:36 31 Yan 2023
  • “A Agro” şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    16:31 31 Yan 2023
  • Tarif Şurası metro və avtobuslarda gediş haqqını - NİYƏ QALDIRDIĞINI AÇIQLADI
    16:31 31 Yan 2023
  • "Fiber Karton" şirkəti məhkəməyə verilib
    16:25 31 Yan 2023
  • Tarif Şurası: 48 dərmanın qiyməti təsdiq edilib - 31-nin qiyməti dəyişib
    16:25 31 Yan 2023
  • Avtobus və metroda gedişhaqqı ilə bağlı diferensial tarif yanaşması - TƏTBİQ EDİLƏCƏK
    16:21 31 Yan 2023
  • Bakıda İKT üzrə təqaüd proqramına qeydiyyat başladı - 3000 nəfərin təhsil haqları ödəniləcək
    16:16 31 Yan 2023
  • “Poz-Qazan” oyunlarında yanvarda - 7 BÖYÜK UDUŞ QAZANILDI
    16:11 31 Yan 2023
  • Metro və avtobuslarda - GEDİŞ HAQQI ARTIRILDI - MƏBLƏĞLƏR - RƏSMİ
    16:05 31 Yan 2023
  • İştirakçıların yarısı sığorta attestasiyandan keçə bilmədi - ADLAR
    15:59 31 Yan 2023
  • "Baku Süd Co" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    15:49 31 Yan 2023
  • Türkiyə bu il 60 milyon turist - 56 milyard dollar gəlir hədəfləyir
    15:45 31 Yan 2023
  • “Amexline Azərbaycan” şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    15:44 31 Yan 2023
  • "Unibank" ötən il biznes kreditləşməsini - KƏSKİN ARTIRIB
    15:37 31 Yan 2023
  • "Azəralüminium"dan - TENDER ELANI
    15:34 31 Yan 2023
  • Azərbaycanda pambıq üzrə məhsuldarlıq göstəricisi - 2,42 SENTNER ARTIB
    15:31 31 Yan 2023
  • Böyük Britaniya audit şəbəkəsinin Azərbaycandakı qolunun - RƏHBƏRİ DƏYİŞİB
    15:23 31 Yan 2023
  • "Azərsu" bu şirkətə 735 minlik boru sifarişi verdi - TENDER NƏTİCƏSİ
    15:16 31 Yan 2023
  • Bu evlərə "kupça" verilməyəcək - Bəzi sənədsiz evlərə güzəştlər ediləcək - RƏSMİ AÇIQLAMA - VİDEO
    15:15 31 Yan 2023
  • "SalamNews" informasiya agentliyi və “İnteraz”da əməliyyat keçirilib - 7 NƏFƏR SAXLANILDI
    15:06 31 Yan 2023
  • Azərbaycanda bütün - Dövlət Satınalmaları Elektronlaşdırılacaq
    14:57 31 Yan 2023
  • Makronun reytinqi bir ayda - 5 FAİZ AŞAĞI DÜŞÜB
    14:54 31 Yan 2023
  • Ağstafada bələdiyyə sədrinə qarşı - CİNAYƏT İŞİ BAŞLANILIB
    14:45 31 Yan 2023
  • Qaradağ Tibb Mərkəzi – TENDER ELAN ETDİ
    14:38 31 Yan 2023
  • Biznes sahibləri üçün Yelo mobil tətbiqində - YENİLİK
    14:38 31 Yan 2023
  • FHN “İon Tikinti” MMC-yə verilmiş lisenziyanı - LƏĞV ETDİ - AÇIQLAMA
    14:35 31 Yan 2023
  • Türkiyənin turizm gəlirləri 53%, xərcləri isə - 2 DƏFƏDƏN ÇOX ARTIB
    14:30 31 Yan 2023
  • “MeqaSığorta” ötən ili uğursuz başa vurdu - YIĞIMLAR YENƏ AZALDI   
    14:28 31 Yan 2023
  • Elektrotexniki avadanlıqların alınması ilə bağlı – BÖYÜK TENDER ELANI
    14:27 31 Yan 2023
  • Bakıda daha bir bina sökülür - FOTO
    14:26 31 Yan 2023
  • Azərbaycanda da biznesi olan Türkiyə şirkətinin - BAŞ DİREKTORU DƏYİŞİR
    14:20 31 Yan 2023
  • DTX media qurumlarına - XƏBƏRDARLIQ ETDİ
    14:15 31 Yan 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!