2026-cı təsərrüfat ilində fermerlər müasir suvarma sistemləri ilə təmin olunan sahələrdə apardıqları taxıl əkinlərinə görə hər hektara 290 manat subsidiya alacaqlar.
Aqrar Subsidiya Şurası 2026-cı il üçün subsidiya əmsallarını açıqlayıb - SİYAHI
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, müasir suvarma sistemləri quraşdırılmayan, ənənəvi üsullarla suvarılan sahələrdə aparılan taxıl əkinlərinə görə fermerlərə hər hektara 230 manat subsidiya ödəniləcək.
Aqrar Subsidiya Şurası Azərbaycanda ilk dəfə olaraq dəmyə əkinlərə görə subsidiya ödəmək barədə qərar qəbul edib. Belə ki, dəmyə əkinlərin hər hektarına görə fermerlərə 200 manat subsidiya verilməsi nəzərdə tutulur.