Goranboyun Muzdurlar kəndində yerləşən “Türk Qida Sənaye” MMC-yə məxsus heyvandarlıq kompleksinin perspektiv inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 5 milyon manat kredit ayrılıb.
ELƏCƏ DƏ BAX: “Aqrar sığorta haqqında” qanun layihəsi qəbul edildi
FED.az xəbər verir ki, ümumi torpaq sahəsi 9 hektar olan kompleksin tikinti sahəsi 13 min 100 kvadratmetrdir.
Burada süd və ət istehsalı üçün 920 baş tutumlu iribuynuzlu heyvanlar saxlanılır. Müəssisənin gündəlik süd istehsalı 11-12 ton, illik ət istehsalı 60-70 ton təşkil edir. Layihənin ümumi dəyəri 4 milyon 250 min manatdır. Müəssisədə hazırda 56 nəfər çalışır.