Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə hər il müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görmək tapşırılıb.
Kənd Təsərrüfatı Nazirliyi isə İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Proqramın icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat verməlidir.
Bu sahələrin inkişafına dair Dövlət Proqramı təsdiq edildi
18:51
27 Noy 2017