Bu il Salyanda 127 hektar sahədə sarımsaq əkilib.
Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, bunun 25 hektarını Yenikənd kənd sakini, fermer Ələddin Fərəcov becərir. Əsasən yerli toxumdan istifadə edən fermer ötən il becərdiyi 15 hektar sarımsaq sahəsindən 70 ton məhsul götürüb. Məhsuldan yaxşı mənfəət əldə edən Ələddin bu il əkin sahəsini genişləndirib. Artıq məhsul istehsalçısı sarımsaq əkinini yekunlaşdırıb. İndi o, əkin sahəsində becərmə işləri aparır.
Fermer növbəti ildə əkin sahəsini 30 hektara çatdırmağı planlaşdırır.