Bu il heyvandarlıqla bağlı təqribən 2 milyon 500 min manata yaxın sığorta haqqı toplanılıb, 800 min manatadək sığorta ödənişi həyata keçirilib.
Aqrar Sığorta Fondu zərər ödənişlərinə - BAŞLADI
FED.az xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondu sədrinin müavini Firdovsi Ağaşirinov Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün keçirilən aqrar sığorta təlimində deyib.
“Bu o deməkdir ki, fermerlərimiz bu istiqamətdə xidmətlərdən tam istifadə edə bilirlər və aqrar sığorta sistemi tam olaraq özünü doğruldur. Fermerlər bu sahəyə etimad edir və öz risklərini təminat altına alırlar. 2021-ci ildə 4 min fermer bu xidmətdən istifadə edirdisə, artıq bu fermerlərin sayı 10 mindən çoxdur”, - deyə F.Ağaşirinov qeyd edib. (Azərtac)