2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığorta yığımları 8 milyon 880.7 min manat təşkil edib.
Sığorta ödənişlərinin həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-FEVRAL, 2023)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.1 dəfə və ya 6 milyon 734.3 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında 2 milyon 146.4 min manat sığorta haqqı toplanıb.
Bu dövrdə kənd təsərrüfatı bitkilərinin sığorta ödənişlərinin həcmi 384.4 min manat olub. 2022-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə sığorta ödənişi olmayıb. (Apa)