2019-cu ildə 10 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. "Hazırda dövlətin dəstəyi ilə ölkənin 33 rayonu üzrə 257 min hektar ərazidə dəyəri 2,2 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı, o cümlədən 15 rayonda 39,6 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 29 rayonda 217,4 min hektar ərazidə 34 iri bitkiçilik təsərrüfatlarının yaradılması təşviq olunur. Artıq 17 aqropark fəaliyyət göstərir", - deyə nazir diqqətə çatdırıb.
ELƏCƏ DƏ BAX: Yeni sənaye məhəlləsi yaradılacaq- NAZİR
Bu il 10 aqropark fəaliyyətə başlayacaq
10:38
23 Yan 2019