Aqrar

Bu gun daha bir rayonda - GÜZƏŞTLİ ŞƏRTLƏ GÜBRƏ SATILIR

Bu gun daha bir rayonda - GÜZƏŞTLİ ŞƏRTLƏ GÜBRƏ SATILIR | FED.az
12:24 14 Sen 2019

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

FED.az xəbər verir ki, ilk səyyar satış Şəmkirin ucqar dağ kəndi olan Ələsgərli, Yeni Göyçə, Çənlibel, Gədəbəyin Saratovka kəndində baş tutub. Sentyabr ayının 14-də Saratovka kəndində keçirilən satış zamanı 50 vətəndaş müraciət edərək 11,9 ton ammofos gübrəsi satılıb.

Eləcə də bax: Azərbaycanın 800 kənd və qəsəbəsində yenidən mineral - GÜBRƏ SATILACAQ

Bu gün Samuxun Poylu kəndində keçirilir.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.

 

Digər xəbərlər