“Binə Aqro” Qapalı Səhmdar Cəmiyyətinə maya qoyulandan sonra, aqrar şirkəti idarəedən də dəyişib.
Eləcə də bax: “Aqrar Sığorta" şirkətinin nizamnamə kapitalı necə formalaşıb?
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkətin Baş direktoru (qanuni təmsilçisi) Fərid Mehdi olacaq. Buna qədər isə bu vəzifəni Rəşad Mailov daşıyırdı.
F.Mehdi buna qədər “Processing Company” MMC-də Baş direktor, ondan əvvəl isə “PMD Group”da daxili auditdə çalışıb.
“Binə Aqro” 2015-ci ildə fəaliyyət göstərir, istixana şəraitində tərəvəz məhsulları becərib yerli və xarici bazara çıxarır.
Cari ilin sentyabrında açıqlandı ki, bu şirkətə iki səhmdar cəmiyyət qoşulur. Belə ki, “Alfa Aqro” QSC-nin və “Habako Konstrakşn” QSC-nin bütün hüquq və vəzifələri “Binə Aqro” QSC-yə keçirilib. Bu iki şirkətə də qanuni təmsilçiliyi R.Məlikov edirdi.
Həmin birləşmədən sonra “Binə Aqro”nun nizamnamə kapitalı 2 000 manatdan 164 000 manata qədər yüksəlib.