Xəbər verildiyi kimi, dünən Bakının istixanaları ilə məşhur olan Zirə qəsəbəsində meyvə və tərəvəz istehsalı ilə məşğul olan istixana rəhbərləri ilə görüş keçirilib.
Eləcə də bax: İstixana sahibləri qazın qiymətinin - 10 QƏPİYƏ ENDİRİLMƏSİNİ İSTƏYİR
FED.az xəbər verir ki, Zirə Mədəniyyət Mərkəzində təşkil olunan görüşdə Xəzər Rayon İcra hakimiyyətinin başçısı Elşən Salahov, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Bəşir Quliyev və Xəzər rayonunda fəaliyyət göstərən 70-ə yaxın istixananın rəhbər və nümayəndələri iştirak edib.
Eləcə də bax: Şəmkirdəki parniklər bağlanır: «Qaz pulunu ödəyə bilmirik» - SAHİBKARLARDAN ETİRAZ
Qeyd edən ki, oxşar tədbir həftənin əvvəlində Şəmkirdəki istixana sahibləri ilə də keçirilib (həmin görüş barədə buradan oxuyun). Tədbirdə icra hakimiyyətinin başçısı Elşən Salahov edən sahibkarları fəal olmağa və qarşılaşdıqları çətinliklər barədə məlumat verməyə çağırıb. Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev isə kənd təsərrüfatının inkişafına hökumətin böyük önəm və dəstək verdiyini, ,o cümlədən gələn ildən subsidiyaların yeni qaydalarla veriləcəyini qeyd edib. Nazir müavini bildirib ki, sahibkarlara dəstək davamlı olacaq.
Tədbirin əsas hissəsi meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərinin problemlərinə həsr edilib. Sahibkarlar əsasən istixanalara verilən qazın qiymətin endirilməsi, borclarla bağlı güzəştlərin tətbiq olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı fikirlər səsləndiriblər.
Fermerlərin təklifləri qeydiyyata alınıb. Sahibkarların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Qeyd olunub ki, tariflərlə bağlı təkliflər aidiyyatı qurumlara təqdim olunacaq. Sayğac tənzimləyicilərinin yeri isə sahibkarın öz istəyinə uyğun olaraq “Azəriqaz”ın hesabına dəyişdiriləcək. Borclu sahibkarların qazı mövsüm boyu açılacaq, borc mübahisələri daha sonra qarşılıqlı müzakirələr əsasında nəzərdən keçiriləcək.
Müzakirələrin sonunda bildirilib ki, belə görüşlər davam edəcək, qaldırılan məsələlərin həlli barədə fermer və sahibkarlara məlumat veriləcək.