Biləsuvar rayonunda mal-qara bazarı yeni məkana köçürülüb.
FED.az xəbər verir ki, yeni bazar Əliabad kəndində fəaliyyət göstərir.
Bazarın sahibi Azər Rəhimlinin sözlərinə görə, bura 15 rayondan alıcı və satıcılar gəlir. Alqı-satqı mərkəzinin ərazisi 4 hektar sahəni əhatə edir. Yeni bazarın ərazisi hasara alınıb, işıqlanma və müşahidə kamerası sistemi ilə təchiz edilib.
O, qeyd edib ki, köhnə bazar şəhərin girəcəyində yerləşdiyi üçün ərazidə tez-tez tıxac yaranırmış.
Bazar bu gündən fəaliyyətə başlayıb. (Marja)