Biləsuvarda ilk dəfə olaraq hind quşu festivalı keçirilib.
Eləcə də bax: Hind quşu ətinin tərkibi və faydalı xüsusiyyətləri - MƏQALƏ
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, festivalda hind quşundan hazırlanmış yerli təamlar nümayiş olunub.
Festivalda respublikanın 50 nəfərdən ibarət ən məşhur aşpaz və dequstatoru da iştirak edib.
Səhər saatlarından başlayan festival çərçivəsində müxtəlif tədbirlər, yerli kənd məhsullarından təşkil olunmuş satış yarmarkaları, rəsm sərgiləri, peşə təmayüllü şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.
Sonda ən yaxşı dadlı təamları hazırlayan biləsuvarlılar xüsusi hədiyyələrlə mükafatlandırılıb.