Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Eləcə də bax: Prezident baytarlıq xidmətlərinə dair - FƏRMAN İMZALADI
FED.az xəbər verir ki, layihəyə əsasən, baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin “Torpaq icarəsi haqqında" qanunda icarəyə verilən dövlət torpaqları siyahısından, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda isə özəlləşdirilməsi qadağan edilən dövlət mülkiyyətində saxlanılan əmlak növləri siyahısından çıxarılması təklif edilir.
Qanun layihəsi baytarlıq və fitosanitar nəzarəti sahəsində həyata keçirilən islahatlar nəticəsində həmin xidmətlərin müstəqil qurum kimi ləğv edilməsi (baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin mövcud olmaması) ilə əlaqədar hazırlanıb.
Apa