Azərbaycanda baramaçılıq və ipəkçilik sahəsində beynəlxalq tələblərə uyğun keyfiyyət meyarlarının yaradılması məqsədilə AZS 897-2021 “Tut ipəkqurdunun yaş (diri) baraması” dövlət standartı təsdiqlənib.
Eləcə də bax: Buğda ununun dövlət standartı - Təsdiq Edilib
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, dövlət standartını Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu təsdiq edib. Yeni sənədin qüvvəyə minməsi ilə əlaqədar AZS 145-2005 “Tut ipəkqurdunun diri barmaları. Texniki şərtlər” dövlət standartı qüvvədən düşüb.
Yeni standartın tətbiqi məhsulun keyfiyyətinin artırılmasına və rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə xidmət edəcək.
Standart ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə hazırlanıb.