Barama subsidiyasının məbləği artırılıb.
Eləcə də bax: Bu il ölkədə bir sıra aqrar məhsulların istehsalında artım - GÖZLƏNİLİR
FED.az xəbər verir ki, bu, prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Hazırda barama subsidiyası barama istehsalçısı olan fermerlərə istehsal edilib tədarükçüyə təhvil verilən yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində verilir. Dəyişikliyə əsasən, bu məbləğ 6 manat olub. (Apa)