Bir sıra müəssisələrin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.
Azərbaycanda akvakultura torpaqlarının kateqoriyasına dair normalar dəqiqləşdirilib
FED.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.