Bu il Balakən rayonunun torpaq mülkiyyətçiləri 2065 hektar sahədə tərəvəz bitkiləri əkiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 777,1 hektar sahənin məhsulu yığılıb, 12 min 789 ton tərəvəz istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 888 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 164,6 sentner təşkil edib.
Biləsuvarda arpa biçini başlayıb - MƏHSUL UCUZLAŞIB
FED.az xəbər verir ki, bu barədə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, mövsümün əvvəlindən indiyədək rayonda 8917 ton xiyar, 1052 ton pomidor, 68 ton kələm, 1397 ton yaşıl lobya, 928 ton sarımsaq və 427 ton digər tərəvəz məhsulları istehsal olunub.
Təsərrüfatlarda kartof yığımı da davam edir. Torpaq mülkiyyətçiləri indiyədək kartof əkilmiş 627 hektar sahənin 140 hektarından 1394 ton kartof yığıblar. Hər hektarda orta məhsuldarlıq 99,6 sentner təşkil edib.
Rayonun meyvə bağlarında da məhsul yığımına başlanılıb. İndiyədək bağlardan 762 ton məhsul tədarük olunub. Hələlik bağlardan əsasən, albalı, alça, gilas və giləmeyvələr yığılır. (Azərtac)