Salyanın qəsəbə və kəndlərində istixanaların şəbəkəsi ilbəil genişləndirilir, məhsul istehsalı artır.
FED.az xəbər verir ki, ötən il rayonun Qarabağlı, Yenikənd və Xələc kəndlərində hər birinin sahəsi bir hektar olmaqla, 8 müasir istixana yaradılıb, Kürsəngi kəndi ərazisində isə 60 hektar sahədə yeni istixana kompleksi istifadəyə verilib. Rayonun Qaraçala qəsəbə, Yenikənd, Yolüstü və Qarabağlı kəndlərinin ərazisindəki istixanalarda yetişdirilən faraş tərəvəz xarici bazarlara göndərilir. Rayonda faraş tərəvəz istehsalının artırılması və ixracının təşviqi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, hazırda rayonda ümumi sahəsi 130 hektar olan 449 istixana mövcuddur. Ötən il bu istixanalarda 19 min 715 ton məhsul istehsal edilərək yerli və xarici bazarlara çıxarılıb.(Azərtac)
Eləcə də bax: 2 min baş inək, yem zavodu və toxum fabriki - YENİ AQROPARK TİKİLİR