Azərbaycan Sahibkarlar Konfederasiyası ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) əməkdaşlığı çərçivəsində dekabrın 17-də Bakıda “Azərbaycanda ərzaq və kənd təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək.
Bu barədə FED.az-a Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) bildirilib.
Eləcə də bax: "Fermer 30 sentner məhsul götürərsə, dövlətdən - 520 MANAT SUBSİDİYA ALACAQ"
Məlumata görə, konfransda Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun, Kənd Təsərrüfatı naziri İnam Kərimovun, Ekologiya və Təbii Sərvətləri naziri Muxtar Babayevin, həmçinin digər əlaqədar dövlət orqanlarının, beynəlxalq təşkilatların, elm-təhsil müəssisələri nümayəndələrinin, sosial tərəfdaşların və sahibkarların iştirakı planlaşdırılır.