Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şikəti" MMC-nin təşkil edəcəyi bayram yarmarkalarının tarixləri açıqlanıb.
FED.az xəbər verir ki, bu barədə şirkətin mətbuat katibi Mayis Musayev məlumat verib.
Onun sözlərinə görə, yarmarka dekabrın 21-30-da, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 154 ünvanında keçiriləcək.
"Yarmarkanı 5 gün müddətində keçirməyi nəzərdə tutmuşduq. Ancaq istəyin çox olduğunu nəzərə alaraq vaxtını uzatdıq”, - deyə o, qeyd edib.