Kənd təsərrüfatı nazirliyi tərəfindən dekabrın 21-dən 30-na qədər 10 gün müddətində “Kənddən şəhərə” bayram yarmarkaları təşkil edələcək.
FED.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev bildirib.
Eləcə də bax: “Kənddən şəhərə” yarmarkalarının keçirildiyi yerlərin - SAYI ARTIRILACAQ
M.Musayevin sözlərinə görə, bayram yarmarkalarının keçiriləcəyi ünvanların sayı artırılıb:
“İndiyədək 4 yarmarka fəaliyyət göstərirdi. Adi vaxtlarda şənbə-bazar günləri fəaliyyət göstərən yarmarkalar bayram günlərində gündəlik rejimə keçəcəklər. Bunlar “Gənclik” metrostansiyasının yaxınlığında, Yasamalda, Binəqədidə, Xırdalandadır. Təşkil olunacaq 5-ci yarmarkanın ünvanı gələn həftə dəqiqləşəcək. Bununla da 5 yarmarkamız 10 gün müddətində gündəlik olaraq fəaliyyət göstərəcək”.
M.Musayev deyib ki, məhsul satışı ilə bağlı bütün bölgələr üzrə fermerlərə müraciət edilib:
“Bayramla əlaqədar öz məhsullarını satmaq istəyənlər üçün şərait yaradılıb. Həm aqrar inkişf mərkəzləri vasitəsilə, həm də regional idarələr vasitəsilə fermerlərə müraciət edilir.
Yarmarkalarda bayaramla əlaqədar olaraq, alıcılara əsasən meyvə-tərəvəz, qoz-fındıq, çərəzlər, quru meyvələr, ət məhsulları təklif ediləcək”.