Bu gün Bakıda aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forum ("AgTech and Green Energy”) işə başlayıb.
FED.az xəbər verir ki, tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və digər yüksək vəzifəli şəxslər iştirak edirlər.
ELƏCƏ DƏ BAX: Azərbaycanda ərazisində “fast food”u da olan - AQROPARK AÇILIR
Beynəlxalq forumun əsas məqsədləri Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.
Kənd Təsərüfatı və Energetika Nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləri ilə yanaşı, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edirlər.