Bakıda yeni aqrar şirkət təsis edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Kronos Agro” Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN: 1406288701) dövlət qeydiyyatına alıb.
Şirkət Bakı şəhəri Nəsimi rayonu, Bülbül pr. ev.30 m.40 ünvanında qeydiyyatdadır.
“Kronos Agro” MMC-nin 27 dekabr 2022-ci ildə yaradılarkən nizamnamə kapitalı 160 000 manat göstərilsə də, hazırda bir qədər də artırılmaqla 360 000 manata yüksəldilib.
Şirkətin qanuni təmsilçi Hüseynova Pərvinə Hüseyn qızıdır.