Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Eləcə də bax: Fermerlər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası - ALACAQ
FED.az xəbər verir ki, bu barədə Korporasiyadan bildirilib.
Məlumata görə, Müşahidə Şurasının sədri, Korporasiyanın Baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə keçirilmiş iclasda Şuranın komitələri yaradılıb, rəhbərləri vəzifəyə təyin edilib, eləcə də Cəmiyyətin korporativ katibliyinin əsasnaməsi və 2021-ci il üçün maliyyə göstəriciləri kimi məsələlər müzakirə olunub, Baş direktor və digər vəzifəli şəxslərin məruzələri dinlənilib.