Aqrar

Azərbaycanlı xurma satanlar - 40 MİLYON DOLLARA YAXIN PUL QAZANIBLAR

Azərbaycanlı xurma satanlar - 40 MİLYON DOLLARA YAXIN PUL QAZANIBLAR | FED.az
10:18 29 Dek 2019

 Bu ilin noyabr ayında xurma ixracından 37 milyon dollar əldə edilib.

FED.az İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin açıqladığı icmala istinadən xəbər verir ki, 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (37 milyon ABŞ dolları) birinci, tomat (pomidor - 19,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (16,9 milyon ABŞ dolları)  üçüncü yerdə qərarlaşıb.

Eləcə də bax:Kilosu 30-40 qəpikdir - RUSİYA VƏ UKRAYNAYA SATILIR

Qeyd edək ki, 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 208 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin noyabr ayı ilə müqayisədə 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 27 milyon dollar və ya 15 faiz  artıb. Bu ilin noyabr ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (88,4 milyon ABŞ dolları), Türkiyəyə (38,7  milyon ABŞ dolları), Gürcüstana (19,1  milyon ABŞ dolları), İsveçrəyə (16,4 milyon ABŞ dolları) və Ukraynaya (6,6 milyon ABŞ dolları)  ixrac edilib.

Digər xəbərlər