İyunun 27-də, saat 11:00-da "Salyan-Taxıl" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq şirkətin Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisində baş tutacaq.
Yığıncağın gündəliyinə Cəmiyyətin 2025-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi və cari məsələlər daxildir. (Report)













