Azərbaycanın «Asera Group» şirkəti Tatarıstanın Kukmor rayonunda (RF) ümumi dəyəri $155 milyon olan kənd təsərrüfatı sahəsində layihələr həyata keçirməyi planlaşdırır.
Yevlax Pilot Aqroparkının ərazisində yeni - BAĞLAR SALINIR
FED.az xəbər verir ki, bu barədə «Asera Group» şirkətinin təsisçisi Əli Elvin məlumat verib.
"Elvin İnvestorlar Klubunun iclasında bildirib ki, respublika ərazisində iki layihənin həyata keçirilməsi planlaşdırılır: istixana kompleksləri və ət kombinatı. Meydança olaraq Kukmor rayonu seçilib. Layihələrin hər birinin I mərhələsinə qoyulan investisiyalar müvafiq olaraq $75 milyon və $80 milyon olacaq", - Rusiya mətbuatı xəbər verir.
"Biz Tatarıstanda biznesin inkişafı üçün bir çox müsbət məqamlar görürük. Tatarıstan bizə yaxın respublikadır, biz burada inkişaf etmək və layihələri həyata keçirmək istəyirik", - Elvin qeyd edib.
Onun sözlərinə görə, ət kombinatının tikintisi layihəsi çərçivəsində ətin dərin emalı üzrə innovativ müəssisənin yaradılması nəzərdə tutulur. Eyni zamanda, istehsalın tamamilə qalıqsız olması planlaşdırılır.
«İri buynuzlu mal-qaranın tamamilə bütün hissələrindən istifadə ediləcək, innovativ məhsul emal və əldə ediləcək», - Elvin əlavə edib ki, həmçinin «halal» standartlarına uyğun məhsulların istehsalı planlaşdırılır.
Elvinin sözlərinə görə, şirkət ümumilikdə Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə yüzdən çox layihə həyata keçirib. (İnterfaks-Azərbaycan)