Azərbaycan hökuməti 2024-cü ilədək ölkədə şərab istehsalının artacağını proqnozlaşdırır.
FED.az “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, hökumətin proqnozlarına görə, 2019-cu ilin yekunları üzrə 1 milyon 695,4 min dekalitr şərab (2018-ci illə müqayisədə artım 13%) istehsal olunacaq.
Eləcə də bax:Azərbaycanın aqroparkı ət ixracına - HAZIRLAŞIR
2020-ci il üçün şərab istehsalı 2 milyon 27,9 min dekalitr, 2021-ci il üçün 2 milyon 189,3 min dekalitr, 2022-ci il üçün 2 milyon 376,2 min dekalitr, 2023-cü il üçün 2 milyon 651,3 min dekalitr həcmində proqnozlaşdırılır.
Beləliklə, hökumətin proqnozlarına əsasən, 2024-cü ilədək Azərbaycanda şərab istehsalı 2019-cu illə müqayisədə 56,4% artacaq.
Prezident İlham Əliyev 2018-ci ilin mart ayında “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramı ölkədə şərabçılığın inkişaf etdirilməsinə, bu sahənin gəlirliliyinin və ixracat potensialının artırılmasına yönəlib. Qarşıda duran vəzifələrdən biri şərab ixracının 2026-cı ilədək 5 dəfə artırılması ilə bağlıdır.
2018-ci ildə Azərbaycanda 1 milyon 500,3 min dekalitr şərabçılıq məhsulları istehsal edilib. Bu dövrdə Azərbaycan üçün əsas ixrac bazarı Rusiya (618,3 min dekalitr) olub.