2021-ci ilin yanvar ayında Azərbaycandan xaricə ümumi dəyəri 6 854 min dollar olan 7 min ton tomat ixrac edilib.
FED.az xəbər verir ki, bu ötən ilin yanvarı ilə müqayisədə məbləğdə 1,9 dəfə, həcmdə isə 1,5 dəfə azdır. Belə ki, ötən il Azərbaycandan xaricə ümumi dəyəri 13 milyon 249 min dollar olan 10 611 ton tomat txrac edilmişdi.
Pomidor ixracının kəskin azalması nəticəçsində onun ümumi ixracdakı payı da azalıb. Belə ki, 2020-ci ilin yanvarında pomidor ümumi ixracda 9,4% yer tuturdusa, 2021-ci ildə bu göstərici 4,7%-ə düşüb.
Pomidor ixracının azalması ilə yanaşı, xaricə satılan pomidorun qiyməti də aaşağı düşüb. Belə ki, ötən il pomidorun bir kiloqramı xaricə orta hesabla 1,25 dollardan ixrac edilirdisə, bu ilin yanvarında orta qiymət 0,98 dollar olub.
Qeyd edək ki, pomidor ixracının azalmasının səbəbi Rusiyanın Azərbaycan pomidorlarında guya zərərverici bakteriya tapması səbəbindən idxala qadağa qoyması olub.