On ayda Azərbaycandan 65 min 794 ton pambıq lifi və 10 min 309 ton pambıq ipliyi göndərilib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Yanvar-oktyabr aylarında ixrac edilən pambıq lifinin dəyəri 91 milyon 840 min, pambıq ipliyinin dəyəri isə 24 milyon 531 min ABŞ dolları olub.
Eləcə də bax: Pambıq tədarükünə dair operativ - MƏLUMAT
Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 64 milyon 518 min dollarlıq 42 min 798 ton pambıq lifi, 19 milyon 53 min dollarlıq 7 min 642 ton pambıq ipliyi ixrac edilib.
Trend